Şirkət haqqında
Şirkət haqqında
“ARKA İnşaat” MMC fəaliyyətinə 2002-ci ildən başlamışdır.Bu zaman ərzində bir çox yaşayiş və qeyri yaşayiş obyektlərinin (villa, bağ evi, kotec, hovuz,ofis, restoran, və sair.) tikinti və təmirini həyata keçirmişdir. Şirkət Bakı şəhərində fəaliyyət göstərir. Yarandığı gündən yüksək keyfiyyəti, davamlı inkişafı və peşəkarlığı əlində rəhbər tutan şirkətimiz, fəaliyyət göstərdiyi illər ərzində Respublikamızda çoxlu sayda layihələr həyata keçirmişdir. Hal-hazırda “ARKA İnşaat” MMC hər cür layihə, təmir, tikinti və dizayn işlərinin öhdəsindən yüksək səviyyədə gəlir. Bu da “ARKA İnşaat” MMC-nin yüksək ixtisaslı, uzun illərin təcrübəsinə dayanan bacarıqlı mütəxəsislərdən təşkil olunan heyət vasitəsi ilə reallaşdırmasının göstəricisidir. Professionallığımız həmişə öndə olmağımıza, sifarişçilərimizə mükəmməl xidmət göstərməyimizə və onların bütün istəklərini yerinə yetirməyimizə şərait yaratmışdır.
Bəllidir ki, dünyada artan ehtiyaclar, inkişaf edən texnologiya ilə birlikdə insanlar daha modern, daha keyfiyyətli və daha gözəl evlər, iş yerləri, ticarət mərkəzləri və s. ilə təmin olunmaq istəyirlər. Buna görə də biz sifarişçilərimizə geniş imkanlar, əlverişli şərtlər yaradaraq işimizi bu istiqamətdə inkişaf etdiririk. Bütün bunlara nail olmaq üçün şirkətimiz daim tikintinin müasir metodlarına, beynəlxalq standartlara yiyələnir və fəaliyyətində tətbiq edir. Məhz bunun nəticəsi olaraq “ARKA İnşaat” MMC layihələri bütün parametrlərinə görə öz orijinallığı ilə seçilir və müasir tələblərə cavab verir.
Peşəkarlar sayəsində sizə müasir və keyfiyətli proyektlər təklif edərək həmin proyektləri qisa vaxt ərzində yüksək keyfiyyətlə realliğa çevirir.
“ARKA İnşaat” MMC fəaliyyət göstərdiyi sahələrdə rəqabət üstünlüyü verən əsas amil, onun sahib olduğu özünəməxsus və təkrar olunmaz yeniliyi ilə seçilən memarlıq üslubudur. Şirkət layihələrində milli ornamentlərlə modern memarlıq sənətinin bütün incəliklərini özündə cəmləşdirən üslubu ilə istehlakçı istək və arzularını birləşdirir.
Şirkət, eyni zamanda memarlıq və inşaat sahəsində baş verən bütün yenilikləri yaxından izləyərək, ortaya çıxan yeni özünə məxsus metod və texnologiyaları, istər layihələndirmə və istərsə inşaat mərhələsində tətbiq edir