fbpx

-

İki mərtəbəli fərdi yaşayış evi layihəmiz

Fasadı dekorativ üzlük daşlarla üzlənmiş ümumi ölçüsü 220 m² olan iki mərtəbəli yeni layihəmiz.  5 nəfərlik ailənin yaşaması üçün nəzərdə tutulan evin birinci mərtəbəsində xol, salon, yataq otağı, s/q, mətbəx və sahəsi 40 m² olan teras təşkil edir. İkinci mərtəbəsində 3 yataq otağı və eyvan mövcuddur.
Fasadlara təbii və müasir bir görünüş vermək fasad örtüklü materialların seçilməsində ən vacib amillərdən biridir. Evin damı kirəmitlə, fasadı köhnəlməyən və qulluq istəməyən kərpiç teksturalı keramika ilə həll olunub.