fbpx

-

356 m² İki mərtəbəli fərdi yaşayış evi

Zirzəmili, iki mərtəbəli, mansardlı evin layihənləndirilməsi üçün nəzərdə tutulan ərazi Bakı şəhərində yerləşir.1500 m2-yə sahib ərazidə tikililərin yerləşdirilməsi əlverişli kölgə və günəşlənmə, avtomobil hərəkət zolağının minimallaşdırılması, optimal piyada sirkullasiyası və hovuz zonası üçün privatlıq təmin olunması kimi prinsiplərə xidmət edir.
Həyətin şərq hasarı boyunca düzülmüş yay mətbəxi-söhbətgah və evin mətbəxi arasında günlük həyatda sirkulasiya olduqca yüksəkdi və minimal məsafədə yerləşdirilməsi məqsədə uyğun görülüb.Həyətin cənubunda Qaraj binası və anbar yerləşir.
4 ailə üzvünə malik sifarişçi üçün layihələndirilən evin tikinti sahəsi 356 m², ümumi sahəsi 739 m²-dır.Evin birinci mərtəbəsində Geniş işıqlı holl,Salon,Mətbəx (mətbəxə özəl anbar), iş otağı, s/q və xidmət otağı (çamaşırxana) və binanın üç tərəfini əhatə edən terrasdan ibarətdir. Salonda aktiv/passiv zonalara bölgünü döşəmə səviyyəsinin fərqlənməsi hesabına yaradılıb.
Evin kinci mərtəbəsində ümumi 4 yataq otağı olmaqla:master yataq otağı (S/q,qarderob və balkon) , iki gənc yataq otağı (S/q , balkon) və bir qonaq yataq otağından (S/q) ibarətdir.
Mansard mərtəbəsində holl , umumi s/q və holla acilan 2 yataq otağı və anbar təşkil edir.
Evin zirzəmisində turk hamami, S/q və Anbar nəzərdə tutulmuşdur.Zirzəmidən, həyətdə yerləşən açıq hovuza və 1 ci mərtəbəyə çıxış mövcuddur.